Paşinyan yalanlarının növbəti ifşası (VİDEO)

Paşinyan yalanlarının növbəti ifşası (VİDEO)

Prezident İlham Əliyev növbəti dəfə yenidən Nikol Paşinyanın yalanlarını ifşa etdi.

Bunu millət vəkili Cavid Osmanov jurnalistlər müsahibəsində bildirib.

O, bildirib ki, Paşinyan yeni yalanları ilə həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvlərini müharibəyə sövq etməyə çalışır.

Münhen, Aşqabad və digər platformalarda olduğu kimi Paşinyan bu dəfə Rusiyanın televiziya kanalında özünü rüsvay edib.

Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyinə əsaslanaraq Ermənistanın baş nazirini tutarlı cavablarla bir daha geri otuzdurdu.

Qeyd edək ki, ötən gün Rusiyanın “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrdən danışılıb. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıb.

Mənbə: www.realtv.az