Paşinyan səfərbərlikdən qaçanları tribunalla hədələdi: 4-8 il həbs

Paşinyan səfərbərlikdən qaçanları tribunalla hədələdi: 4-8 il həbs

Hazırda Ermənistanda orduya səfərbərlik elan olunub.

Səfərbərlikdən yayınma halları geniş yayıldığı üçün baş nazir Nikol Paşinyan cəza tədbirlərinə başlanması haqqında hərbi tribunala göstəriş verib.

Bununla bağlı Hərbi Tribunalın yaydığı hədələyici məlumatda bildirilir ki, Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsində hərbi və ya alternativ xidmətdən, müharibə və ya hərbi vəziyyətdə təlim və ya səfərbərlikdən yayınan vətəndaşların 4-8 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılacağı göstərilir.

Turkustan.info

Mənbə: turkustan.info