Bədbin PROQNOZ: "Pandemiyanın sonu görünmür"

BMT-nin Baş katibi Antoniu Quterreş hökumətləri və adi insanları əvvəlki səhvlərdən nəticə çıxarmağa və insanları xilas etmək üçün məsuliyyət daşımağa - əməkdaşlıq etməyə, elm adamlarını dinləməyə, yalan məlumatlar yaymamağa, fiziki məsafəni qorumağa, maska taxmağa və əlləri yumağa çağırıb.

Milli.Az Birləşmiş Millətlər Təşkilatının (BMT) xəbərlər xidmətinə istinadla bildirir ki, koronavirus infeksiyasından bu günədək ölənlərin sayı 1 milyon 7 min 223 nəfəri keçib.

Quterriş bu heyrətləndirici rəqəmin arxasında konkret insan həyatının - kimsənin ata və anası, həyat yoldaşı, qardaş və bacısı, dost və həmkarlarının dayandığını unutmamağa çağırıb.

COVID-19 milyonlarla insanın həyatını alt-üst etməklə yanaşı, yeni insanın həyata gəlməsini bayram etmək və ya bizə əziz olan insanları son mənzilə yola salmaq imkanından məhrum etdiyini vurğulayan BMT-nin başçısı ritorik sual verib: "Əl verib görüşə bilmədiyin, mehribanlıqla qucaqlaşmadığın və ayrılanda son dəfə ona "Mən səni sevirəm" deyə bilmədiyin insanla bu normal vidalaşmadımı"?

"Hələlik pandemiyanın sonu görünmür. Bu isə o deməkdir ki, insanlar bundan sonra da iş yerlərini itirəcək, təhsil almayacaq və normal həyata qayıda bilməyəcəklər", - deyə Baş katib xəbərdarlıq edib.

Lakin bütün bunlara baxmayaraq, Antoniu Quterreş əmindir ki, əgər biz əvvəlki səhvlərimizdən nəticə çıxara bilsək, bu virusun öhdəsindən gələ biləcəyik. BMT rəhbərinin sözlərinə görə, liderlərin məsuliyyətli olması, məsələlərə elmi cəhətdən yanaşması, əməkdaşlıq və düzgün informasiyaya önəm verməsi bu gün xüsusilə vacibdir. (publika.az)

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan bəzi ərazilərə nəzarəti bərpa edib - "Tudey"

SONRAKI XƏBƏR

Azərbaycan bütün dünyaya göstərdi ki... - Türkiyə