Ermənilər Saakaşvilini bu "ad"dan məhrum edir – SƏBƏB

Ermənilər Saakaşvilini bu "ad"dan məhrum edir – SƏBƏB

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Azərbaycanı dəstəklədiyinə görə İrəvan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi prosesinə başlanıb.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Arutyunyan deyib.

“Bu gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin universitetin fəxri doktoru adından məhrum edilməsi tələbi ilə İrəvan Dövlət Universitetinin Elmi Şurasına müraciət etmək qərarı veridim", - Arutyunyan bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili öz Feysbuk səhifəsində Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu yazmışdı.

Mənbə: axar.az