Azərbaycanın Bolqarıstandakı səfiri Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü ilə bağlı Bolqarıstan kanalına müsahibə verib (FOTO)

Azərbaycanın Bolqarıstandakı səfiri Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü ilə bağlı Bolqarıstan kanalına müsahibə verib (FOTO)

Bakı. Trend:

30 sentyabr 2020-ci il tarixində Azərbaycanın Bolqarıstandakı Səfiri Nərgiz Qurbanova Bolqarıstanın ilk özəl televiziya kanalı olan “BTV”-nin “Bu səhər” verilişinə müsahibə verib. Müsahibə sözügedən kanalın internet səhifəsində də paylaşılıb.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırmışdır.

Səfir bir neçə gün ərzində Ermənistanın Azərbaycan kəndlərinə və mülki əhalisinə daimi atəş açdığını, mülki əhali əarasında ölən və yaralanların mövcud olduğunu bildirmişdir. Səfir Ermənistan tərəfindən döyüş bölgəsinə Orta Şərqdən erməni əsilli terrorçuların gətirildiyini dinləyicilərin diqqətinə çatdırdı. Bu xüsusda qeyd olunmuşdur ki, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq 1949-cu il Cenevrə Konvensiyasına uyğun olaraq mülki əhalini hədəfə almır.

 

Verliş aparıcısnın Türkiyənin münaqişəyə cəlb olunması sualına cavab olaraq səfir guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfinin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını, Türkiyənin münaqişədə iştirakı etmədiyini və Azərbaycan Ordusunun öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün hazırlıqlı və bacarıqlı olduğunu qeyd etmişdir.

Mənbə: az.trend.az