Xankəndidə kritik vəziyyət: Ərzaq qıtlığı...

Xankəndidə kritik vəziyyət: Ərzaq qıtlığı...

Dağlıq Qarabağda ərzaq qıtlığı yaranıb.

Axar.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu yazıb.

E.Alıoğlu Xankəndidə ərzaq dükanlarının tam əksəriyyətinin qapalı olduğunu bildirib:

“Sadəcə, "Tashir Pizza" və "Art Cafe Remark"ın yanındakı çörək dükanları işləyir. Ermənistandan hər gün 5 ton un Xankəndinə gətirilsə də, bu miqdar qarabağlı ermənilərə çatmır. Starovoytova küçəsindəki çörək dükanının şüşələri sındırılıb, oradakı çörəkləri kütlə daşıyıb. Olaya hərbçilər müdaxilə edib”.

Jurnalist Xankəndidəki xəstəxanalarda yaralıların durumunun çox ağır olduğunu qeyd edib:

“Döyüşlərdə yaralanan ermənilərin tam əksəriyyəti təcili yardım maşınları ilə Ermənistana daşınır. Sadəcə, son 34 saatda 43 yaralı erməni xəstəxanalarda keçinib.

Xankəndidə saat 19.00 olan kimi bütün işıqlar söndürülür. Sakinlər sığınacaqlara enirlər ki, bu vəziyyət də artıq kritik narazılıq həddinə çatıb”.

Mənbə: axar.az