“Düşmənin bu addımı, onun yeni təxribatçılıq niyyətindən xəbər verir"

“Düşmənin bu addımı, onun yeni təxribatçılıq niyyətindən xəbər verir"

Qabil Hüseynli: “Hikmət Hacıyevin bəyanatı Azərbaycanın haqlı mövqeyini əks etdirir”

Azərbaycan RespublikasıPrezidentinin köməkçisi - Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri HikmətHacıyev Ermənistana xəbərdarlıq edib.

Azərbaycana məxsusyaşayış məntəqələrinin Ermənistan tərəfindən atəşə tutulduğuna diqqət çəkənHikmət Hacıyev qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda,atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək.

Ermənistan ərazisindənAzərbaycana açılan atəş nöqtələrinin susdurulması düşmən təxribatlarının dəfedilməsi baxımından nə dərəcədə önəmlidir?

 

Moderator.az-aaçıqlama verən politoloq Qabil Hüseynli Ermənistanın bu məsələdə də təxribatçıməqsəd güddüyünü vurğuladı:

 

“Bildiyiniz kimi, Ermənistan bundan öncə də öz ərazisindənAzərbaycan ərazisini atəşə tutmuşdu. Etdiyi təxribat azmış kimi, KTMT-ə dəmüraciət etmiş, mövcud hərbi qarşıdurmanın KTMT-də müzakirəsini tələb etdi. Rusiyaprezidentinin köməkçisi də vurğulayıb ki, Dağlıq Qarabağla məsələnin KTMT-dəmüzakirəsinə ehtiyac var və yəqin ki, bu müzakirə yaxın vaxtlarda baş tutacaq.

Rusiya hər vasitə iləçalışır ki, Ermənistanı Azərbaycanın əks-hücumundan qorusun. Dəfələrlə Putininyandaşları, eləcə də Lavrov Azərbaycana müraciət edərək atəşin dayandırılmasını istəyiblər. Ona görə dəbiz ehtiyatlı olmaqlıyıq. Düşmən bizə Ermənistan ərazisindən atəş açmaqla biziKTMT ilə üz-üzə qoymağa çalışır. Ermənistan məsələyə Rusiyanın müdaxiləsinə zəminyaratmağa çalışır. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Bu baxımdanprezidentin köməkçisi hörmətli Hikmət Hacıyev tamamilə haqlıdır və onun bəyanatıAzərbaycan tərəfinin haqlı narahatlığını əks etdirir.

Dağlıq Qarabağda proseslərisürətləndirməliyik. Dağlıq Qarabağda vəziyyəti tam nəzarət altına almalıyıq. Özüstünlüyümü qəti qələbəyə çevirməliyik. Belə olarsa, digər problemlər avtomatikşəkildə öz həllini tapacaq”.

Mənbə: moderator.az