Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağla bağlı ortaq bəyanat hazırlayırlar

Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağla bağlı ortaq bəyanat hazırlayırlar

Rusiya prezidenti Vladimir Putin, ABŞ və Fransa prezidentləri ilə birgə Dağlıq Qarabağla bağlı ortaq bəyanatın hazırlanması barədə məlumat verib. Banker.az xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“İclasda Qarabağda təmas xəttindəki vəziyyətə xüsusi diqqət yetirilir. Vladimir Putin görüş iştirakçılarına Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatın hazırlanması barədə məlumat verib”, – deyə Peskov vurğulayır.

Mənbə: banker.az