Ermənistan MN-nin istifadə etdiyi musiqinin türk müəllifinə məxsus olduğu məlum olub

Ermənistan MN-nin istifadə etdiyi musiqinin türk müəllifinə məxsus olduğu məlum olub

Ermənistanın Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun mövqelərinə “endirdiyi zərbələr”lə bağlı hazırladığı videogörüntülərdə istifadə olunan musiqi türk müəllifinə aiddir.

Qazet.az-ın məlumatına görə, sözügedən musiqi parçasının müəllifi türkiyəli prodüser Mustafa Yazıcıoğludur.

Beləliklə, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın tez-tez öz sosial şəbəkə hesabında paylaşdığı həmin görüntülərin hazırda cəbhədə baş verənlərlə bağlı həqiqəti əks etdirmədiyi kimi, videoların fonunda istifadə olunan musiqi də qeyri-orijinaldır.

Həmin musiqi parçasını təqdim edirik:

 

Mənbə: qazet.az