Türkiyə prezidenti: “Bu alçaq oyun pozulur”

Türkiyə prezidenti: “Bu alçaq oyun pozulur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Onun sözlərinə görə, işğalçıların əməllərinə cavab verməyənlərin sözlərinin qiyməti yoxdur.

“Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”, - deyə Türkiyə prezidenti bildirib.

Mənbə: paralel.az