Mirakyan: Cəmi 4 gün bəs etdi ki, iqtisadiyyatımız çöksün

Mirakyan: Cəmi 4 gün bəs etdi ki, iqtisadiyyatımız çöksün

Eskalasiyadan dörd gün keçsə də, bu, Ermənistandakı biznes sahəsinin faktiki olaraq sıfırlanmasına kifayət etdi.

Turkustan.info “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu sözləri “Mantaşev” Sahibkarlar İttifaqının rəhbəri, biznesmen Vaqram Mirakyan Dağlıq Qarabağ məsələsindəki eskalasiyanın Ermənistanda biznesə təsiri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağdaki qarşıdurma Ermənistanın hələ koronavirus pandemiyasına uyğunlaşmayan biznesinə sarsıdıcı zərbə vurub:

“Bu vəziyyətin uzanacağı təqdirdə Ermənistan iqtisadi resurslarla bağlı ciddi problem qarşısında dayana bilər. Sirr deyil ki, biznes böhran yaşayır, dövriyyə kəskin azaldığından bu sahənin nümayəndələri arasında çaxnaşma müşahidə olunur. Mikroşirkətlər bağlanmağa başlayıb. COVİD-19 pandemiyasının ən çətin dövrü belə biznes sektoruna belə zərbə vurmamışdı”. (axar.az)

Mənbə: turkustan.info