"Ermənistan hakimiyyətini Türkiyəyə iftira atmaq səyləri də xilas etməyəcək" - Ərdoğan

"Ermənistan hakimiyyətini Türkiyəyə iftira atmaq səyləri də xilas etməyəcək" - Ərdoğan

“Kipr və Azərbaycan türklərindən Balkan yarımadasına və Şimali Afrikaya qədər hər yerdə qardaşlarımıza səmimi dəstək verən Məclisimiz millətimiz ilə birgə bütün dostlarımızın umid mənbəyi olduğunu göstərmişdir”.

Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin yeni qanunverici ilinin açılışında söyləyib.

“Türkiyə olaraq "bir millət iki dövlət" gördüyümüz Azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və qəlbimizlə dəstək verməyə davam edəcəyik”, Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti sülhün bərqərar olması üçün Ermənistanın işğal olunmuş torpaqlardan çıxarılmasını tələb edib.

“Bu bölgədə daimi sülhə aparan yol ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının hər qarışından geri çəkilməsidir. Ermənistan hakimiyyətini Türkiyəyə iftira atmaq səyləri də xilas etməyəcək”

“Bu yaramaz dövlətə (Ermənistan) dəstək olanları insanlığın ortaq vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm”.

Mənbə: ednews.net