“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulunu həyata keçirir

“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulunu həyata keçirir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edilməklə ordu və dövlətə dəstək kampaniyasına başlanılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumata görə, ianələrin qəbulu Nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin bütün poçt şöbələri ilə yanaşı, “Şəbəkə” xidmət mərkəzlərində də həyata keçirilir.

Qurumlar və fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu ödənişlərin ləğv imkanı yoxdur. İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur.

Mənbə: banker.az