Telejurnalistlərə çağırış: “Düşmənə koordinatlar verirsiniz”

Telejurnalistlərə çağırış: “Düşmənə koordinatlar verirsiniz”

“Ermənilər reportajları izləyərək hədəflərini dəqiqləşdirirlər”

“Bu nöqteyi-nəzərdən jurnalistlərimiz diqqətli olmalıdır. Gündə bir dəfə informasiya vermək kifayətdir”

Məlum olduğu kimi, televiziya jurnalistlərimiz cəbhəboyu istiqamətlərdən operativ xəbərlər verməkdə davam edirlər. Müxtəlif telekanalların reportyor qrupları ən qaynar nöqtələrdə çəkilişlər aparır, hətta həyatları naminə ictimaiyyəti məlumatlandırırlar. Onların bu fəaliyyətlərinə münasibət birmənalı deyil.Ehtiyatda olan polkovnik Elxan Qaniyev “Sherg.az”a açıqlamasında belə fəallığın əks-effekt verə biləcəyini söyləyib:

“Televiziya jurnalistləri sanki bir-biriləri ilə rəqabət aparırlar. Onlar cəbhəboyu, döyüşlər gedən ərazilərdən çəkilişlər aparmaqla özləri də bilmədən düşmənə koordinatlarımızı verirlər. Nəzərə almaq lazımdır ki, Qarabağda Azərbaycan telekanallarına baxmaq mümkündür. Ermənilər reportajları izləyərək hədəflərini dəqiqləşdirirlər. Bu nöqteyi-nəzərdən jurnalistlərimiz diqqətli olmalıdır. Gündə bir dəfə informasiya vermək kifayətdi

Mənbə: sherg.az