İspaniyada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb

İspaniyada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb

İspaniya hökuməti ölkədə koronavirus halları yenidən yaşandığı üçün Madriddə məhduiyyətlər tətbiq edilməsinə göstəriş verib.

İşə, məktəbə, alış-verişə və ya tibbi yardım üçün getmək xaricində paytaxtın 3 milyon əhalisinin evlərindən çıxmasına icazə verilməyəcək. Bütün bar və restoranlar vaxtından tez bağlanmalı və müştərilərin sayını 50 faiz azaltmalı olacaq.

Yeni məhdudiyyətlər çərşənbə günü baş nazir Pedro Sançes hökuməti ilə İspaniyanın müxtəlif muxtar bölgələrinin rəhbərləri arasında keçirilən görüşdə təsdiqlənib.

Səhiyyə naziri Salvador Illa jurnalistlərə açıqlamasında məhdudiyyətlərin ən azı 100 min əhalisi olan bələdiyyələrə tətbiq ediləcəyini, bunun İspaniya paytaxtını əhatə edən 9 bələdiyyəyə də təsir edəcəyini deyib.

Avropada yeni COVID-19-a yoluxmalarda davamlı bir artım yaşanır. İspaniya 100 min əhaliyə 300 yoluxma ilə regionda liderdir. Lakin Madriddə bu göstərici iki dəfədən çoxdur və 100 min nəfərə 780-dən çox yoluxma düşür.

"Madridin sağlamlığı İspaniyanın sağlamlığıdır" - deyə, səhiyyə naziri Illa bildirib.

Yeni məhdudiyyətlər Madridin regional sağçı hökuməti tərəfindən pislənib. Regional səhiyyə naziri Enrike Ruiz Eskudero Milli Sosialist hökumətini regionun pandemiya ilə bağlı işinə qarışmaqda günahlandırıb. Madridin regional hökuməti Kataloniya və mühafizəkarların idarə etdiyi digər üç bölgə ilə birlikdə çərşənbə günü keçirilən iclasda yeni məhdudiyyətləri rədd edib.

Mənbə: www.amerikaninsesi.org