ADAU-nun müəllim-professor heyəti Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat vəsait köçürüb

ADAU-nun müəllim-professor heyəti Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat vəsait köçürüb

Sentyabrın 27-dən etibarənAzərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün ölkədəböyük ruh yüksəkliyi ilə qarşılanmaqdadır. Azərbaycan ordusunun bir-birindənuğurlu hərbi əməliyaytlarını byük sevinc və coşğu ilə qarşılayan vətəndaşlar,dövlət və özəl qurumlar ordumuza ən müxtəlif üsullarla dəstək olmağa, Silahlı Qüvvələrimizə maddi və mənəvi baxımdanstimul verməyə çalışırlar.

Azərbaycan ordusununmaddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilsə də,əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar indiki məqamda orduya dəstəyimənəvi borc hesab edir, bu istiqmaətdə əllərindən gələni əsirgəməməyəçalışırlar. Artıq bir neçə şirkət və müəssisə Silahlı Qüvvələrə Yardım Fondunamüxtəlif məbləğdə vəsait köçürüb ki, bu tendensiyanın yaxın günlərdə daha dagenişlənəcəyi gözlənilir.

Moderator.az-a daxil olanməlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim-prefossor heyəti də ordumuza dəstək məqsədi ilə SilahlıQüvvələrə Yardım Fonduna 40 min manat məbləğində vəsait köçürüb.

Qeyd edək ki, SilahlıQüvvələrə Yardım Fonduna vəsait ödənişi könüllü şəkildə həyata keçrilir və istənilənvətəndaş bu prosesdə iştirak edərək orduya dəstək verə bilər

Mənbə: moderator.az