Koordinasiya Şurasının üzvündən İlham Əliyevə minnətdarlıq məktubu

Bu günlərində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi əzmkarlıq və siyasi qətiyyət ölkə daxilində və xaricində böyük rəğbətlə qarşılanmaqdadır. Hər zaman olduğu kimi, dövlət başçımıza hörmət və ehtiramlarını bildirənlər arasında Azərbaycan diasporunun müxtəlif ölkələrdə fəaliyyət göstərən nümayəndələri də var.

Onlardan biri də Azərbaycan-Amerika Qadın Cəmiyyətinin rəhbəri və Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü Münəvvər Vahabovadır.

Münəvvər xanımın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanldığı açıq məktubda qeyd edilir:

"Hörmətli Prezidentim, sizə son günlərdə bizə yaşatdığınız sevinc və qürur hissi üçün öz dərin minnətdarlığımı bildirirəm. Bu şükranlıq yalnız öz adımdan deyil, bütün Azərbaycan anaları, qadınları adındandır.

Təbii ki, bu VƏTƏN həm Sizin, həm də mənim vətənimdir.

Əlbəttə, mən bir ana kimi, bir şəhid bacısı kimi heç bir tərəfdən qan tökülməsini istəmirəm.

Ancaq bu bir həqiqətdir ki, mənim Prezidentim və xalqım böyük bir səbirlə bu münaqişənin sülh yolu ilə həllini gözlədi.

Artıq səbr kasası doldu və saysız-hesabsız təxribatların, hücumların, dağıntıların sonu gəlib çatdı.

Biz, xarici ölkələrdə yaşayan diaspor nümayəndələri, Sizin və şanlı ordumuzun yanındayıq və yaşadığımız ölkələrdə həqiqəti ictimaiyyətə lazımınca çatdırmağa çalışırıq.

Haqq və ədalət Azərbaycanındır! Qələbə bizimdir!".

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Polşanın Baş Naziri:"Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirməyə çalışırıq"

SONRAKI XƏBƏR

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğulub