İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

Bu gün İstanbulda “Səninləyik Azərbaycan” adlı aksiya keçirilib.

Türkiyə İstanbul Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçiriən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qatılmaq istəyən vətəndaşlarımız da iştirak ediblər.

Dərnəyin rəhbəri Səfər Qaraqoyunlu dərnək üzvləri və tədbir iştitakçıları adından beynəlxalq istimaiyyətə ünvanlanan müraciət səsləndirib. S.Qaraqoyunlu müraciətində 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutduğunu bildirib.

Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan, yaralananlar olduğu vurğulanan açıqlamada Azərbaycan tərəfin müdafiə hücumuna keçdiyi qeyd olunub: “Buradan bütün dünyaya səslənirərək bildiririk ki, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, pandemiya şəraitində BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların qəbul etdiyi müraciətlərinə, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan terrorçu Ermənistan işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirir və bununla da insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozur. Odur ki, beynəlxalq ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatları regionda daha da təhlükəli vəziyyət yaradan təcavüzkar Ermənistanı şiddətlə qınanmağa çağırırıq”.

Tədbirdə Azərbaycana dəstək məqsədli şüarlar səsləndirlib.

 

1 / 3

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Mərakeş Azərbaycanı dəstəklədi

SONRAKI XƏBƏR

Ermənilər bu obyektləri vurmaqda davam edir - NAZİRLİK