Erməni rejimi əhalidən ordu üçün su, siqaret və konserv dilənməyə başladı...

Erməni rejimi əhalidən ordu üçün su, siqaret və konserv dilənməyə başladı...

İşğalçı əsgərlərin daha çox ehtiyacı olduğu qida və digər məmulatların siyahısı açıqlanıb...

Azərbaycan ordusunun hücumları qarşısında tab gətirməyən Ermənistan və xüsusən işğal altlndakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejim artıq iqtisadi-sosial cəhətdən də çökməkdədir.

Moderator.az xəbər verir ki, Xankəndindəki erməni nəşrlərinin yaydığı məlumata görə, qondarma rejimin qanunsuz “kənd təsərrüfatı nazirliyi” orduya yardım edilməsi üçün müraciət yayıb. Müraciətin mətnində Azərbaycan ordusuna qarşı döyüşdə olan işğalçı əsgərlərin daha çox ehtiyacı olduğu qida və digər məmulatların siyahısı açıqlanıb.

Siyahını təqdim edirik:

-Siqaret;

- Şüşə su;

- Uzunmüddətli konservləşdirmiş şirniyyatlar;

- Qatılaşdırılmış süd;

- Qəhvə;

- Konservləşdirilmiş qidalar;

- Gigiyena vasitələri (kişi və qadın).

Sultan Laçın

Mənbə: moderator.az