Ordumuz əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində davam etdirir

Hazırda Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı brifinq keçirir.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, Azərbaycan Ordusunun əks hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir:

"Düşmən qüvvələri Cəbrayıl, Füzuli, Goranboy, Ağdam, Tərtər rayonlarını artilleriya atəşinə tutub. Düşmənin hərəkət edən kalonları dəqiq atəşlə məhv edilib.

Ermənistan Ordusunun alay komandiri və onun müavini məhv edilib. Düşmənin döyüş bayrağı əlimizə keçib, döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcəkdir".

Sabah.az

ƏVVƏLKİ XƏBƏR

Latviyadakı deputat soydaşımızdan Azərbaycana DƏSTƏK

SONRAKI XƏBƏR

Məhv edilmiş erməni işğalçılarının yeni görüntüləri - VİDEO