Putinin dostu: “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir”

“Ermənistan rəhbərliyi kənardan günahkar axtarmasın, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir”.

Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından sayılan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin bəyan edib.

Vladimir Putinin dostu kimi tanınan Yevgeni Priqojin Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımları dəstəkləyib.

O həmçinin bildirib ki, Ermənistan rəhbərliyinin Rusiyadan inciməyə haqqı yoxdur:

“Paşinyanın Qarabağ müharibəsi ilə bağlı kənardan günahkar axtarmağa ehtiyac yoxdur. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir”. (demokrat.az)

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Rusiya mediasında son Qarabağ proseslərinə birtərəfli yanaşanlar daha çoxdur – Niyə...

SONRAKI XƏBƏR

Ermənistandan İrana raket atıldı 6 YAŞLI UŞAQ YARALANDI