Sizin dünyaya bəyan etdiyiniz “Qarabağ Azərbaycandır” həqiqətini ordumuz bir daha təsdiqləyir – Ukraynadan Prezident Əliyevə yazılan məktub...

Ukraynanın Kiyev şəhərindən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Prezident İlham Əliyevə məktub yazıb.

“Bu zəfər günləri hər bir azərbaycanlı üçün imtahan zamanı, ana Vətənimiz hər birimiz üçün sınaq yeridir. Qüdrətli ordumuz öz Ali Baş Komandanının göstərişi ilə sarsılmaz gücünü düşmən üzərində böyük əzmlə, rəşadətlə göstərir. İşğalçı Ermənistan silahlı qüvvələri tarix boyu əl atdığı xain təxribat əməllərini yenidən davam etdirir, öz qaniçən mahiyyətini bütün dünyaya nümayiş etdirir. Lakin, həmişə olduğu kimi, yenə öz layiqli cavablarını alır, işğal etdikləri torpaqlarımızdan geri çəkilməyə məcbur edilirlər. Azərbaycan dövləti öz humanist, sülhsevər siyasətini bütün bu illər ərzində dünyaya səbrlə, təmkinlə dəfələrlə sübut edib. Lakin işğalçı qonşumuz öz məkrli niyyətindən əl çəkməyib. Onların məkrli fitnəsi nə qədər çoxdursa, bizim də qüdrətimiz, yenilməzliyimiz bir o qədərdir. Azərbaycan Sizin sayənizdə öz haqlı mövqeyini dünyaya dönə-dönə bəyan edib, ədalətin bizim tərəfimizdə olduğunu bütün beynəlxalq qurumlara çatdırıb. Lakin sülh, əmin-amanlıq kimi uca dəyərlərdən uzaq olan düşmən silah qarşısında öz cavabını alır. ...Sizin dünyaya bəyan etdiyiniz “Qarabağ Azərbaycandır” həqiqətini ordumuz ön cəbhədə də bir daha təsdiq edir. Bu, Vətən Müharibəsidir. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki Qarabağ bizim dədə-baba torpaqlarımızdır. Orada bizim ulu əcdadlarımızın ruhu uyuyur. Neçə illərdir o müqəddəs torpaqlardan didərgin düşən ruhlar bu gün Vətən oğullarımızı qoruyur, onları hifz edir. Böyük vətəndaş sınağı günlərində Ukraynanın ən böyük Azərbaycan diaspor təşkilatı olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyəti, region təşkilatlarının hər bir üzvü Ukraynada yaşayan yüz minlərlə azərbaycanlı adından bəyan edir ki, bayrağımızı, torpağımızı qorumağa hazırdır. Hər birimizin ürəyimizə sevinc gətirən fərəhli Qələbə gününü səbrsizliklə gözləyirik. Qarabağ tarixən Azərbaycanın olub, bundan sonra da bizim övladlarımız o torpaqların həqiqi sahibi kimi xoşbəxt, azad, firavan yaşayacaqlar. Biz buna inanırıq. Tanrı Sizi və Vətənimizi qorusun. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır” - deyə bildirən R.Tağıyev, həmçinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin bir daha, hər zaman olduğu kimi, bu ağır günlərdə də dövlətimizin, xalqımızın yanında olduğunu bildirir.

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Türkiyə prezidenti Böyük Millət Məclisində Ermənistanın havadarlarına səsləndi

SONRAKI XƏBƏR

Təbrizdə Azərbaycan ordusuna dəstək aksiyası: “Biz ölməyə hazırıq” - VİDEO