Kubanın nüfuzlu jurnalında ermənilər ifşa edildi

Kubanın nüfuzlu jurnalında ermənilər ifşa edildi

Ermənilərə qarşı informasiya savaşında mühüm addımlardan biri də onların yalanlarını sübut edəcək elmi məqalələrin xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc edilməsidir.

Teleqraf.com xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı yalanlarını tarixi faktlarla ifşa edən "XX əsrin əvvəllərində erməni-türk qarşıdurmasına baxış" adlı elmi məqaləsi nüfuzlu beynəlxalq xülasələndirmə bazası olan Web of Sciencedə indeksləşən Kubanın University of Cienfuegos Universitetinin La Revista “Universidad y Sociedad” jurnalında dərc edilib.

Məqalədə tarixi faktlar əsasında göstərilir ki, Birinci Dünya Müharibəsi zamanı ermənilər türkləri satdılar və vətənlərinə xəyanət etdilər. Osmanlı imperiyasının düşmənlərinə qoşuldular. Erməni birləşmələri Rusiya ordusu ilə birlikdə Qafqaz cəbhəsində çiyin-çiyinə döyüşürdülər.

Onlar Türk və gürcü kəndlərini qarət edərək yandırdılar, mülki insanları qətlə yetirdilər. Əslində soyqırım ermənilərə qarşı deyil, türklərə qarşı baş vermişdir. Müəllif yazıda sübut edir ki, tarixdə erməni soyqırımı deyilən bir hadisə olmayıb. Bu, beyni zəhərlənmiş ermənilərin uydurması və xəstə təxəyyüllərinin məhsulundan başqa bir şey deyil.

Məqalənin tamı ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq olar..

https://rus.ucf.edu.cu/index.php/rus/article/view/1735?fbclid=IwAR1K2zd87UqFF3bBCTfpFQGmy8MGopY2f0lVAUxTtkmQ5TD-y3kuuoLYIcE

Mənbə: teleqraf.com