Azərbaycanı dəstəklədiyi üçün erməni nazir Saakaşvilini belə TƏHDİD ETDİ

Azərbaycanı dəstəklədiyi üçün erməni nazir Saakaşvilini belə TƏHDİD ETDİ

Dünyadan Azərbaycana dəstək mesajları gəlməkdə davam edir.

Sonxeber.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti, hazırda İslahatlar Məsələləri üzrə Ukrayna Milli Şurası İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilinin Dağlıq Qarabağla bağlı açıqlaması Ermənistanı özündən çıxarıb.

Belə ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Saakaşvili sosial media hesablarında gürcü və ingilis dillərində yayımladığı "Dağlıq Qarabağ Azərbaycanın suveren torpağıdır və bu gerçəyi heç nə dəyişə bilməz" ifadələri Ermənistanın sərt reaksiyası ilə qarşılanıb.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Arayik Harutyunyan sosial paylaşımında Saakaşvilinin Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.

Şəlalə Babayeva


Sonxeber.az
 

Mənbə: sonxeber.az