Astaradan olan Aprel döyüşçüsü: Azərbaycan Ordusu Vətənimizin torpaqlarını azad etmək uğrunda döyüşür

Astaradan olan Aprel döyüşçüsü: Azərbaycan Ordusu Vətənimizin torpaqlarını azad etmək uğrunda döyüşür

2010-cu ildə hərbi xidmətimi başa vurduqdan sonra müddətli xidməti davam etdirərək gizir rütbəsində tank komandiri olmuşam.

Bunu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Astara rayon filialının sədri, Aprel döyüşlərinin iştirakçısı, ikinci qrup müharibə əlili, ehtiyatda olan gizir Orxan Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

"Lələtəpə" yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdə yaralandığını xatırladan O.Əliyev deyib: "Dörd gün davam edən Aprel döyüşlərində ordumuz düşmənə öz gücünü göstərdi. Lakin Ermənistan işğalçı siyasətindən əl çəkmir, Azərbaycana qarşı hərbi təxribatını davam etdirir.

Sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin növbəti hərbi təxribatı Azərbaycan Ordusunu cavab tədbirləri görməyə məcbur etdi. Artıq bir neçə kəndimiz düşmənlərdən azad edilib. Bu dəfə Ermənistan ordusu layiqli cəzalarını alacaq. Azərbaycan Ordusu Vətənimizin torpaqlarını azad etmək uğrunda döyüşür. Biz inanırıq ki, üçrəngli Azərbaycan bayrağımız Şuşada, Xankəndidə, zəbt olunmuş digər şəhər və rayonlarda dalğalanacaq".


Sonxeber.az
 

Mənbə: sonxeber.az