Makron Qarabağda yaralanan fransız jurnalistləri üçün təyyarə göndərəcək – Ermənilərin işğal etdiyi ərazilərə niyə gəliblər?

Makron Qarabağda yaralanan fransız jurnalistləri üçün təyyarə göndərəcək – Ermənilərin işğal etdiyi ərazilərə niyə gəliblər?

Fransa Prezidenti Emmanuel Makron “Le Monde” qəzetinin Qarabağda yaralanan jurnalisti və fotoqrafı üçün təyyarə göndərəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, qeyd edək ki, “Le Monde”nin müxbiri Allan Kavalın vəziyyəti ağırdır, Xankəndinin tibb mərkəzində əməliyyat olunur.

Xatırladaq ki, Qarabağın Xocavənd (Martuni) şəhərində iki xarici jurnalist atəş altına düşüb.

Haşiyə: Fransa prezidentinin ermənipərəst olduğu bütün cinahlarda təsdiq olunur. Gah Paşinyan və Putinlə Azərbaycan Ordusunun əks-hücumunu dayandırmaq üçün danışıqlar aparır, gah da ermənilərin ölüm kadrlarını çəkmək üçün işğal ərazilərə jurnalist göndərir.

Demokratiyadan dəm vuran bir ölkə başçısı niyə jurnalistlərini Azərbaycana göndərmir, bu missiya üçün işğalçı dövləti seçir? Çünki özü də Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu demişkən, işğalçıdır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az