Cəbhədə şiddətli döyüşlər gedir - Ermənilər geri çəkilir

Cəbhədə şiddətli döyüşlər gedir -   Ermənilər geri çəkilir

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli tədbirlərini davam etdirir.

XəzərXəbər-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, düşmən tərəfi Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir: "Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli, Horadiz, Cəbrayıl, Goranboy, Tərtər, Ağdam rayonlarını atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri ötən gecə ərzində düşmənə sarsıdıcı artilleriya zərbələri endirib. Düşmən xeyli sayda itki verib və ərazinin bəzi sahələrindən geri çəkiliblər.

Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.

Bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi vurulmayıb və bütün aviasiya vasitələri yerindədir".

 

FOTOQALERIYA

 

 

Mənbə: xezerxeber.az