“Ali Baş Komandan düşməni siyasi arenada da məğlubiyyətə uğratdı” - Politoloq

“Ali Baş Komandan düşməni siyasi arenada da məğlubiyyətə uğratdı” - Politoloq

“Ali Baş Komandan düşməni siyasi arenada da məğlubiyyətə uğratdı”.
Axeber.az-ın məlumatına görə, bu fikirləri politoloq Yusif Bağırzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında verdiyi müsahibədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı dünya birliyini hazırda davam edən müharibə barədə daha geniş məlumat alması baxımından böyük əhəmiyyətə malikdir: "Çünki Ermənistan döyüş meydanında uduzduğu üçün yalan xəbərlər tirajlamağa, üçüncü dövlətləri müharibəyə cəlb etməyə çalışır. Prezidentin İlham Əliyev isə öz çıxışı ilə rəsmi İrəvanın yalanlarını növbəti dəfə ifşa etmiş oldu".

Politoloq qeyd edib ki, Ermənistanın istəyi yalan xəbərlərlə Türkiyənin Dağlıq Qarabağ münaqişəsində tərəf olduğuna dair təsəvvürlər yaratmağa yönəlmişdi: "Paşinyan hesab edirdi ki, bununla müttəfiqlik etdiyi ölkələrin yardıma gəlməsinə nail ola bilər. Prezident isə qəti şəkildə bəyan etdi ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır və qardaş ölkənin münaqişədə iştirakı barədə tək bir sübut belə yoxdur. Əksinə Ermənistan nümayişkəranə şəkildə Livan və Suriyadan erməni döyüşçüləri Qarabağa yığır və bunu pərdələmək üçün dünya ictimaiyyətini yalan xəbərləri ilə aldatmağa çalışır. Cənab Prezident dünənki çıxışı ilə Ermənistanın təbliğat maşınını darmadağın etdi desək, yəqin ki, yanılmarıq".

Y. Bağırzadə deyib ki, ordumuz döyüş meydanında düşməni məğlubiyyətə uğratdığı kimi, Prezidentimiz də siyasi arenada düşməni məşğul etdi: "Cənab Prezident tərəfindən hələ Valday Beynəlxalq Diskussiya Klubunun sessiyasından başlamış və sonra MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında, daha sonra Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında davam etdirilən ard-arda zərbələr “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında bir daha təkrarlandı və bütün dünyaya iki dövlət və iki lider arasındakı fərqi nümayiş etdirdi. Müstəqil ekspertlərin və hətta dünənə qədər Ermənistan mövqeyindən çıxış edən rusiyalı ekspertlərin də etiraf etdiyi kimi İlham Əliyev son çıxışı ilə Paşinyanın bütün arqumentlərini məhv etdi. Çünki cənab prezident haqqı və haqlı tərəfin mövqeyini ifadə edir, Paşinyan isə cinaytkar rejimin təmsilçisi olaraq cinayətlərini ört-basdır etməyə çalışır və buna görə də isterik vəziyyətə düşür".

Mənbə: axeber.az