“60 dəqiqə” verilişində aparıcının Paşinyanı ələ saldığı an – Qadın qoluna vurub, xəbərdarlıq etdi

“60 dəqiqə” verilişində aparıcının Paşinyanı ələ saldığı an – Qadın qoluna vurub, xəbərdarlıq etdi

Sentyabrın 29-da Rusiya telekanalında yayımlanan “60 dəqiqə” verilişində daha bir məqam diqqət çəkib.

Verilişin aparıcısı Ermənistanın Baş naziri Nikol Paşinyana sual verərkən onun hərbçilərlə müşavirəyə qaçmalı olduğunu söyləyib.Bu zaman “60 dəqiqə”nin xanım aparıcısı bəlli etmədən həmkarının qoluna vurub.Rusiyalı aparıcının da Paşinyanı ələ salması diqqətdən yayınmayıb, həmin hissənin videosu sosial şəbəkələrdə yayılıb, müzakirələrə səbəb olub.Xatırladaq ki, “Rossiya-1” telekanalında “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev, sonra da Ermənistanın Baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştirak ediblər. Müsahibələrdən əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və qondarma rejimin yaydığı videolar barədə reportaj təqdim olunub.Qeyd edək ki, həmin hissə verilişin 25-ci dəqiqəsindən başlayır.

Mənbə: aktualxeber.az