Düşməni məhv edən əsgərlərimiz: "Hamımızda ruh yüksəkliyi var"

Düşməni məhv edən əsgərlərimiz: "Hamımızda ruh yüksəkliyi var"

Cəbhədə ağır döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Cəbhə boyu gərgin döyüşlərdə xidmət aparan əsgərlərimiz ruh yüksəkliyi ilə döyüşdüklərini bildirirlər: "Əla ruh yüksəkliyimiz var. Döyüşçü kimi düşmənlərimizi məhv edib, torpaqlarımızı azad etmək istəyirik".

"Allah Ali Baş Komandanımıza uzun ömür, can sağlığı versin. İnşallah onun səyləri nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik", - əsgər Amil Əliyev qeyd edib.

Əsgərlərimiz cəbhə bölgəsindən ailə üzvlərinə və Azərbaycan xalqına salam göndəriblər.

Mənbə: xezerxeber.az