84 yaşlı sabiq icra başçısı hərbi xidmətə getmək üçün "komissarlığ"a üz tutdu...

84 yaşlı sabiq icra başçısı hərbi xidmətə getmək üçün "komissarlığ"a üz tutdu...

Ölkə müharibəyə köklənib. Hamı böyük inamla torpaqlarımızın işğaldan azad olunacağını gözləyir. Ölkə rəhbəri tərəfindən qismən səfərbərlik elan edilməsinə isə əli silah tutan hər kəs səs verib və vətənin müdafiəsinə hazır olduğunu göstərməkdədir.

Moderator.az-a daxil olan bir məlumatı isə məmnunluqla oxucularımızla paylaşmağı özümüzə borc bilirik. Belə ki, 1997-2000-ci illərdə Abşeron rayon icra hakimiyyətinin başçısı olmuş 84 yaşlı Adil Nağıyev bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə gələrək israrla hərbi xidmətə yollanılması üçün müvafiq tədbirlər görülməsini xahiş edib. Ona qanuna görə bunun mümkünsüz olduğu bildirilsə də A. Nağıyev erməni dilini təmiz bildiyini və səngərdə olmasa belə ordumuzun indiki hərbi əməliyyatları dövründə evdə otura bilmədiyini, hansısa formada bu savaşa öz töhfəsini vermək istədiyini dilə gətirib.

 

 

Mənbə: moderator.az