Yerevan Əfqanıstandan KTMT-yə şikayət etdi BAKINI DƏSTƏKLƏDİYİNƏ GÖRƏ

Yerevan Əfqanıstandan KTMT-yə şikayət etdi BAKINI DƏSTƏKLƏDİYİNƏ GÖRƏ

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Parlament Assambleyasına (PA) müraciət edərək Əfqanıstanı təşkilatda müşahidəçi statusundan məhrum etməyi xahiş edib.

Virtualaz.org bildirir ki, məlumatı KTMT PA katibliyində təsdiq ediblər.

Qeyd ediblər ki, Ermənistan Respublikası Milli Məclisi Aparatı rəhbərindən bununla bağlı həqiqətən də elektron poçtla məktub alıblar. O da qeyd olunub ki, müvafiq tənzimləmə barədə qaydanı qurumun rəsmi internet saytında tapmaq olar.

Xatırladaq ki, Əfqanıstan 2013-cü ildə KTMT Parlament Assambleyasında müşahidəçi olub. Bundan əvvəl Əfqanıstan XİN Dağlıq Qarabağı Azərbaycan ərazisi adlandırıb. Əfqanıstan Türkiyə və Pakistanla yanaşı, Azərbaycana dəstək verib. "Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi dünya birliyi tərəfindən tanınır. Əfqanıstan regionun işğalının dayandırılmasını tələb edir", - deyə Əfqanıstan XİN-in bəyanatında bildirilib.

Virtualaz.org

Mənbə: virtualaz.org