Çavuşoğlu Lavrovla Qarabağdan danışdı

Çavuşoğlu Lavrovla Qarabağdan danışdı

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Cebhe.info xəbər verir ki, nazirlər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

“Sabah” qəzetinin diplomatik mənbələrdən əldə edilən məlumata görə, Çavuşoğlu Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh əldə edilməsə atəşkəsin mənasız olacağını deyib.

Onun sözlərinə görə, daimi sülh razılaşması olmasa əldə ediləcək atəşkəs sazişi hər an pozula bilər.

Fuad Sadlqov
Cebhe.info

 

 

Mənbə: cebhe.info