Bakı və İrəvan hələlik buna hazır deyil - Nebenzya

Bakı və İrəvan hələlik buna hazır deyil - Nebenzya

Minsk Qrupu danışıqları təşviq etməyə hazırdır, lakin dialoq üçün vacib şərt tərəf tərəflərin özlərinin hazır olmasıdır. Təəssüf ki, biz hələlik hər iki tərəfin buna hazır olmadığını göstərən bəyanatlar eşidirik.

Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəki Vasili Nebenzya deyib.

O qeyd edib ki, Dağlıq Qarabağda baş verənlər Moskvada ciddi narahatlığa səbəb olur.

“Ona görə yox ki, bu, bizim sərhədlərimizə çox yaxındır. Ona görə ki, həm Azərbaycan, həm də Ermənistan bizim üçün yad ölkələr, yad xalqlar deyil. Bizim hər iki ölkə ilə xüsusi münasibətlərimiz var”, - Nebenzya bildirib.

Mənbə: axar.az