Lavrov Çavuşoğluna zəng etdi - Kritik Qarabağ müzakirəsi

Lavrov Çavuşoğluna zəng etdi - Kritik Qarabağ müzakirəsi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Bildirilir ki, bazirlər söhbət zamanı başqa ölkələrdən olan silahlıların Dağlıq Qarabağdakı münaqişəyə qarışmasının yolverilməz olduğunu vurğulayıblar.

XİN başçıları həmçinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən ciddi narahatlıqlarını ifadə edib və hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıblar.

Hər iki diplomat Bakı və İrəvana siyasi və diplomatik yardımın göstərilməsi baxımından son dərəcə balanslı addımların atılması tələbini qeyd ediblər.

S. Lavrov Türkiyənin xarici işlər naziri ilə söhbətində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağla bağlı səylərinə diqqət çəkib.

XİN başçıları Qarabağdakı vəziyyətin sabitləşməsi üçün iki ölkənin öz hərəkətlərini birgə koordinasiya etməli olduğunun vacibliyi qeyd ediblər.

Mənbə: teleqraf.com