“Rusiyanı sevin, Rusiyanı qəbul edin, Rusiyanı bağrınıza basın.”

“Rusiyanı sevin, Rusiyanı qəbul edin, Rusiyanı bağrınıza basın.”

İmperialist mövqeyi ilə tanınan, Rusiyalı məşhur yazıçı Zaxar Prilepin sosial şəbəkə hesabından ermənilərə səslənib.

Zaxar Prilepin

“Fikir verdim ki, erməni auditoriyasına Azərbaycanın hücumunun… Rusiya tərəfindən dəstəkləndiyi ilə bağlı fikir təlqin olunur. Və təəccübləndim.

Bu, çox maraqlıdır.

Bu gün aldığım məktublar da mənə çox təsir elədi.

Beləliklə.. Mənə həm şəxsidə, həm də xəbər lentində yazan erməni qardaşlarımın statuslarının qısa məzmunu:

“Biz ermənilər özümüz azərbaycanlıların öhdəsindən gələ bilərik. Bəli, Türkiyə ilə müharibə başlasa, Rusiyadan kömək gözləyirik, amma Rusiyaya birləşməyəcəyik, çünki sizin Türkiyə ilə müharibəniz öz rus maraqlarınız uğrunda olacaq. Savaşın, sonra da evinizə qayıdın”.

Güclü məntiqdir, ancaq ümumən, o qədər də ruslara xas, bizim üçün və bizim deyil.

Rusiya artıq Türkiyə ilə savaşıb. Məsələn, Bolqarıstanın azadlığı uğrunda və uzun-uzun illərdir ki, bolqarların minnətdarlığının həddi-hüdudu yoxdur.

Buna görə də, Rusiya yüz dəfə düşünməlidir: bizim Ermənistanda maraqlarımız rus insanının onların uğrunda həlak olacağı qədər böyükdürmü?

Yox, təbii ki, qardaş erməni xalqı birləşmək üçün müraciət eləsə, yəqin ki, imtina edə bilməyəcəyik. Ən azından, mütləq böyük bir könüllü hərəkatı qurmalıyıq.

Əgər müraciət etməsə… nə deyə bilərik? Rusiyadakı əsəgr analarının haqqı var ki, dövlətə övladlarının onlar üçün qiymətli olduqlarını desinlər.

Ermənilər qarşılıqlı yardım haqqında dostluq razılaşmalarımıza istinad edə bilərlər, əlbəttə. Bilərlər, bilərlər. Amma sözügedən razılaşmaların mövcudluğu Yerevanın, məsələn, Krım, xüsusən də, Donbasla bağlı mövqeyinə heçi bir şəkildə təsir etməmişdi.

Əgər onlar bizə desələr ki, Krım və Donbass – mübahisəli ərazilərdir… Ona qalsa, Dağlıq Qarabağda da hər şey aydın deyil.

Odur ki, mənim bununla bağlı şəxsi və heç kimi heç nəyə məcbur etməyən yanaşmam var və risk edib onu ucadan səsləndirəcəyəm:

Azərbaycandakı “müharibə partiyaları” bu dəfə sadəcə yoxlama həmlələri edir. Gələn dəfə – deyəsən, bu, artıq qaçılmazdır – Ermənistanı Türkiyənin birbaşa, ya da yüngülvari gizlədilmiş iştirakı ilə əsl müharibə gözləyir. Türkiyə buna çox ciddi şəkildə hazırlaşır.

Rusiya, onun diplomatik xidmətləri, rus politoloqları, Rusiya mediası burda da (Rusiyada), Ermənistanda da ermənilərə bəzi çox sadə məsələləri izah etməlidilər.

Ya da heç olmazsa, bir sadə məsələni.

Əgər siz növbəti dəfə öz dövlətçiliyinizi xilas etmək istəyirsinizsə:

Rusiyanı sevin, Rusiyanı qəbul edin, Rusiyanı bağrınıza basın. İndi, bu gün – sizə son kimi görünən, ya da həqiqətən son olan məqamda yox.

Ümid eləyirəm, genetik yaddaşları böyük erməni xalqını peşman eləməz.”

Mənbə: azlogos.eu