“Rusiyanın NATO ilə birbaşa münaqişədən başqa yolu yoxdur” - Medvedev

“Rusiyanın NATO ilə birbaşa münaqişədən başqa yolu yoxdur” - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev  ölkəsinin NATO ilə birbaşa münaqişədən başqa yolu olmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

Medvedev qeyd edib ki, Moskvanın artıq Hitler oxu kimi açıq faşist blokuna çevrilmiş NATO ilə münaqişədən başqa yolu yoxdur:

“Biz hazırıq, baxmayaraq ki, nəticə bəşəriyyət üçün 1945-ci ildəkindən qat-qat baha başa gələcək”, - deyə Medvedev vurğulayıb.

Mənbə: qafqazinfo.az