"Hücum öncədən planlaşdırılıb, təsdiqlənib və sanksiyalaşdırılıb"

Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu və nəticədə 9 dinc sakinin həlak olması təsadüfi bir hərbi səhv ola bilməz. Bu, İrəvan tərəfindən planlaşdırılmış bir terror aktı və ya hərbi cinayətdir.

Bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Gəncə hücumu öncədən planlaşdırılıb, təsdiqlənib və sanksiyalaşdırılıb:

“Bu, sadəcə atəşkəs sazişinin imzalanmasından bir gün sonra öhdəlikləri kobud şəkildə pozmaq deyil. Məğzindən asılı olaraq, bu, ya hərbi cinayətdir, ya da beynəlxalq terror aktı. Hərbi əməliyyatlar artilleriya və ya reaktiv yaylım atəşi sistemləri vasitəsilə aparıldığı zaman mərmilərin yön dəyişməsi səbəbiylə qeyri-hərbi hədəflərin məhv olması istisna edilmir. Lakin Gəncəyə atılan ballistik raketlərə uçuş tapşırığı və zərbənin vurulduğu yerin koordinatları öncədən qeyd olunur”.

Ekspert, həmçinin zərbənin müəllifinin araşdırılmasının zəruri olduğunu da qeyd edib:

“İrəvan rəsmi Bakıyla imzalanan atəşkəsi artıq məhv edərək dinc Azərbaycan əhalisinə qarşı həyasızca və qəsdən hücumlar edir. Buna bəraət qazandırmaq olmaz! Faktlar araşdırılmalı və hücum təşkilatçıları beynəlxalq tribunala cəlb edilməlidir. Digər tərəfdən hücum əmrinin kim tərəfindən verildiyinə aydınlıq gətirilməlidir. Əgər əmr Paşinyan tərəfindən verilibsə, o, beynəlxalq tribunalda İkinci Dünya müharibəsində etdiklərinə görə məsuliyyət daşıyan insanlardan fərqlənmir”.

Korotçenko Paşinyandan savayı hücum əmrini müdafiə naziri Tonoyanın verə biləcəyini də istisna etməyib.

Conflict.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya və Polşa koronovirusa yoluxanların sayının artması ilə əlaqədar karantini sərtləşdirdilər

SONRAKI XƏBƏR

Qarabağ savaşının Komandanı: xalqın fenomenal dəstəyi var