AB Dağlıq Qarabağda atəşkəsə çağırır

AB Dağlıq Qarabağda atəşkəsə çağırır

Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda atəşkəsə riayət etməyə çağırıb...

Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda atəşkəsə riayət etməyə çağırıb.

Mişel qeyd edib ki, Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs gərginliyin azaldılması istiqamətində atılan vacib addımdır

“Tərəfləri atəşkəsə hörmət göstərməyə, şiddətdən və mülki əhalinin həyatını təhlükə altına salmamağa çağırıram” dedi.

Mişel bildirib ki, tərəflər arasında danışıqlar dərhal heç bir ilkin şərt olmadan başlamalıdır.

İnterAz xəbər verir ki, 10 oktyabrda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs razılaşması qüvvəyə minib.

Tərəflər, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi üçün humanitar atəşkəs barədə razılığa gəlib.

Mənbə: www.interaztv.com