Qarabağ savaşının Komandanı: xalqın fenomenal dəstəyi var

Qarabağ savaşının Komandanı:     xalqın fenomenal dəstəyi var

"Mən o məmləkəti dövlət hesab edirəm ki, onun xalqı idarə olunmur - özünü idarə edir və onu idarə edəni də özü bilir". Əmir Teymurun əsrlər əvvəl söylədiyi bu kəlmələri indi tam mənası ilə Azərbaycana şamil etmək olar.

 

Teymurilər xanədanından fərqli olaraq, Azərbaycan ətraf və uzaq dövlətləri istila etmir - tam əksinə, insanlarını və ərazilərini düşmən istilasından qurtarmağa çalışır.

 

Sentyabrın 27-dən bəri Ermənistan ordusuna və erməni işğalçılarına qarşı Vətən Müharibəsi gedir. Hazırda humanitar atəşkəs olsa da, düşmən əsla sakitləşməyib. Elə gün, elə saat yoxdur ki, Ermənistan və ya Dağlıq Qarabağdakı terrorçu xunta yaşayış məntəqələrimizi, dinc insanları atəşə tutması, raket və mərmilərlə vurmasın.

 

Xalqımız düşmənin raketlərinə, mərmi zərbələrinə nəbz zərbələri ilə cavab verir.

 

O nəbz Azərbaycan vücudundakı qəlbin döyüntüləridir. Hər döyüntü düşmənə sarsıdıcı zərbə, dağıdıcı cavabdır.

 

Gələn mərmidən on, yüz qat artıqlaması ilə.

 

Siyasətin savaşa qarışdığı, savaşın da regional siyasəti bəlirləməyə başladığı bir dönəmdə Azərbaycan yumruq təki birləşib.

 

Vətən, dövlət və Ali Baş Komandan - bu sözlər indi ölkədə ayrılmazdır.

 

Azərbaycan dünyaya ölkə vətəndaşlarının Prezidentinə, Ali Baş Komandanına sonsuz inamını, bitməyən etibarını və fenomenal sevgisini nümayiş etdirir indi.

 

Tarixdə belə presedentlər olub: Britaniyada, Fransada, Sovetlər Birliyində, Almaniyada, Yaponiyada və s. ölkələrdə. Lakin həmin dövlətlərdə hökumət və dövlət başçılarına olan "inam krediti" müddətli, eyni zamanda aşağı həddi ilə yuxarı səviyyəsi bəlli nəsnə olub.

 

Azərbaycanda isə xalqın İlham Əliyevə sevgisi hüdudsuzdur. Əvvəlli var, sonu bilinməz.

 

Səbəblər çoxdur.

 

Müasir Azərbaycan dövlətinin faktiki və gerçək qurucusu olan Heydər Əliyev kursunu davam etdirməklə bahəm, onu geosiyasi, strateji və taktiki baxımdan zənginləşdirərək yeniləyən, ölkənin daxili siyasətində sosial istiqamətlənməni gücləndirərək "dövlət vətəndaş üçün" prinsipiatını ali müddəaya çevirən, xarici siyasətdə isə komplimentarlıqdan və böyük güclərdən birinə yarınmaq taktikasını rədd edərək tam müstəqil siyasəti reallaşdıran dövlət başçımız sözün faktoloji mənasında "Prezident"dir - bu kəlmənin böyük hərflə yazılması sadəcə, qrammatik qayda yox, cəmiyyətin sosial sifarişidir.

 

Ölkədə aparılan köklü islahatlar, sistem səciyyəli yenidənqurma və renovasiyalar, cəmiyyətin totemləşmiş düşüncələrinin arxaik məcradan çııxarılaraq yenilənməsi, innovasiyaların fasiləsiz axına çevrilməsi və ən nəhayət, dövlətlə vətəndaş arasında etibar əmsalının postsovet məkanı ilə yanaşı, Şərqi Avropa və Yaxın Şərq ölkələrini belə, əhatəyə alan region səviyyəsində ən yüksək həddə çatması - İlham Əliyevin siyasətinin məzmunu və məntiqi nəticəsidir.

 

Dövlətimizin başçısının Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində Ermənisan qoşunlarının hücuma keçməsindən sonra əks-hücum əməliyyatı kimi başlayan və Vətən Müharibəsinə çevrilən prosesdəki siyasəti, mövqeyi və açıqlamaları xalqın fenomenal dəstəyini qazanıb.

İlham Əliyevin çoxsaylı bəyanatlarını və müsahibələrini bir də oxuyaq, dinləyək, baxaq.

 

Avropalıı siyasətçilərlə jurnalistlərlə bir, amerikalı media mənsubları ilə fərqli, Rusiya mediası və siyasətçiləri ilə daha çeşidli xitablar, ifadələr və müraciətlər formatını seçən, həər çıxışı xarici ölkələrdə diplomatiya və idarəetmə nümunəsinin verbal nümunəsi kimi qəbul edilən İlham Əliyev dünya mediasının diqqətindədir.

 

İlham Əliyeviin rəhbərliyi ilə gerçəkləşdirilən, aqressiv Ermənistanın sülhə vadar edilməsi ilə bağlı əməliyyat artıq başa çatmaq üzrədir.

 

Bu əməliyyatın məqsədi atəşkəs yox, sülh idi və belədir.

 

Sentyabrın 27-dən sonra 12 gün davam edən savaşda Ermənistanın baş naziri, bir zamanlar Şuşada yallı gedən, Dağlıq Qarabağdakı xuntanın "prezident"i Araik Harutyunyanın andiçmə mərasimini məhz bu şəhərdə keçirtdirən, marazm və idiotizm səviiyyəsinə çatan radikal bəyanatlarını sıralayan, Azərbaycanı fasiləsiz hədələyən, "Qarabağ Ermənistandır və nöqtə!" deyən Nikol Paşinyan savaş günlərində çox yumşaq, sivil və hətta diplomatik siyasətçi təsiri bağışlamağa çalışdı.

 

Aqressiv və döyüşkən "sərkərdə" kimi görünməyə çalışan, nə dediyinin əsla fərqinə varmayan Paşinyan 12 gün ərzində çox ehtiyatlı və sayıq, hər ifadə ilə cümlə bir yana - hər sözü belə, ehtiyatla seçən adama döndü.

 

Onun əlində qıılınc yox, ağ bayraq vardı.

 

Komandasını bütünlüklə amerikalı Corc Sorosun yetirmələrindən formalaşdıran Paşinyan anti-Rusiya ritorikasını dayandırdı, aylardan bəri qıcıqlandırdığı və əsəbləri ilə oynadığı Rusiyannın bütün şərtlərini şəksiz yerinə yetirməyə hazır olduğuna işarə vurdu.

 

Beləcə, Ermənistanda Paşinyanı hakimiyyətə gətirən inqilabın küçələrdəki marş səsi baş nazir üçün matəm notlarının sədalarına çevrildi.

 

Bu, Ermənistanın baş naziri, siyasətdə bisavad, idarəetmədə isə bacarıqsız N.Paşinyanın Azərbaycanın dövlət başçısı İlham Əliyev qarşısında tam kapitulyasiyası, məğlubiyyət etirafı idi.

 

Ali Baş Komandanımız isə regional siyasəti və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin konfliktoloji əsaslarını dəyişir. O, "münaqişənin təmas xətti" və status-kvo anlayışlarının artıq tarixə qarışdığını bəyan etdi.

 

İlham Əliyevin dediyinə görə, artıq təmas xətti yoxdur - olan Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədidir.

 

Ermənistanın 28 ildən bəri qoruyub saxlamağa çalışdığı və İrəvanın işğalçılıq, aqressiya siyasətinə, volnütarist davranışlarına göz yuman ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bilavasitə yarıtmazlıığı sayəsində yaranmış situasiyaya, yəni status-kvoya da artıq son qoyulub.

 

İlham Əliyevin tələbi konkret və aşkardır - Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarının çıxarılmasının dəqiq qrafikini təqdim etməli, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməlidir.

 

Əks təqdirdə Azərbaycan danışıqlar masasını tərk edəcək, münaqişəsinin nizamlanması diplomatiyasına son qoyacaq və hərbi əməliyyatları bərpa edəcək.

 

Ermənistan bunu anlayır dıvə elə bəhs etdiyimiz səbəbdən Azərbaycanı israrla danıışıqlar masasına qayıtmağba çağırırdı.

 

Bundan belə Bakı hərb meydanında əldə etdiyi uğurları diplomatiyada möhkəmləndirməlidir.

 

Amma Azərbaycan artıq qalibdir.

Prezident İlham Əliyev status-kvonu dəyi.di, gündəmə "azad ediləcək torpaqlar əvəzinə savaş" prinsipini gətirdi.

 

Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Madrid prinsiplərinə əsasən işğala son qoymalıdır.

 

İrəvan zavallı durumda olduğunu dərk edir.

 

Azərbaycan ordusu 12 gün ərzində ermənilərin Dağlıq Qarabağda 30 il ərzində yaratdıqları hərbi infrastrukturu, müdafiə sistemlərini, yığdıqları texnikanı məhv etdi. Ermənistan darmadağın edilən ordusunu və hərbi potensialını bərpa etmək üçün ən azı 10 il aktiv çalışmalıdır. İqtisadiyyatı kollapsda olan, koronavirus pandemiyası nəticəsində maliyyə resursları minimuma enən və 12 günlük savaşda zəlil vəziyyətə düşən Ermənistan üçün bu, olduqca ağır problemdir.

 

İrəvanın yeganə yolu borclanmaq, kredit bataqlığına düşməkdir.

 

İlham Əliyev isə sentyabrın 27-dən bəri çıxışlarında, müsahibələrində və bəyanatlarında, yürütdüyü siyasətdə sübut etdi ki, ABŞ və Avropa Birliyi də daxil olmaqla dünyanın hegemon geosiyasi güclərinin ifrata varan pressinqinə, hüdud tanımayan siyasi təzyiqlərinə ləyaqətlə, qüdrətlə və qətiyyətlə sinə gərən fenomen siyasətçidir.

 

İlham Əliyev sentyabrın 27-dən sonra çox stereotipləri sındırdı, klişeləri darmadaın etdi.

 

İqtisadiyyatına, xüsusilə də neft sektoruna on milyardlarla dollarlıq investisiyalar cəlb etmiş Azərbaycanın risk edərək yeni Qarabağ savaşına başlamayacağını əmiinliklə deyirdilər.

 

Ali Baş Komandanımız bu təsəvvürlərin nə qədər yanlıış olduğunu göstərdi.

 

O, bəyan etdi ki, Ermənistan Bakının şərtlərini qəbul etməzsə, Azərbaycan hərbi əməliyyatları bərpa edəcək.

 

Çünki "hami"lərindən asılı, kölə durumdakı Ermənistandan fərqli olaraq, Azərbaycanın hər hansı dövlət və ya beynəlxalq təşkilat qarşısında öhdəlikləri yoxdur.

 

Bizim dostlarımız var. Səbəb - siyasi suverenliyimizi öhdəliklər və vədlərlə məhdudlaşdırıb davranmamağımızdır.

 

Müstəqil və suveren, güclü və əzmli Azərbaycanın dövlət başçısı İlham Əliyev şərtlərini səsləndirib.

 

Seçim Ermənistanındır: o, ya işğal etdiyi ərazilərimizdən çəkiləcək, ya yeni savaşla qarşılaşacaq.

 

Azərbaycan vətəndaşları Prezidentini tam dəstəkləyir və ona inanır.

 

Prezident xalqına inanıb xalqdan güc aldığı kimi.

 

... Azərbaycan gerçəkdən də, tarix yazır. Postsovet məkanında ilk ölkəyik ki, sakinlər bütünlüklə dövlət başçısını dəstəkləyirlər və onun qərarlarını şəksiz yerinə yetirirlər.

 

Bu, həqiqətən də İlham Əliyev fenomenidir.

 

Elçin Alıoğlu
Milli.Az

Mənbə: buta.ws