İşğaldan azad edilmiş sərhəd zastavalarımızda Azərbaycan Bayrağı qaldırıldı

İşğaldan azad edilmiş sərhəd zastavalarımızda Azərbaycan Bayrağı qaldırıldı

Polemik.az Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dünən Cəbrayıl rayonunun işğaldan azad edilmiş hissəsində, İranla sərhəddə yerləşən “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində 27 ildən sonra ilk dəfə yenidən Azərbaycan bayrağı qaldırılıb. Bu münasibətlə xüsusi mərasim təşkil edilib. Xatırladaq ki, Zəngilan və Cəbrayıl rayonlarının düşmən işğal edilməsi nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal altına düşmüşdü. DSX bildirir ki, oktyabrın 16-da Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin tapşırığı ilə “Çaxırlı” və “Mahmudlu” zastavaları üzərində Azərbaycan bayrağı ucaldılı. Və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.

1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

Mənbə: polemik.az