Azərbaycanın “Stalinqrad”ı mətinliklə müdafiə olunur – Tərtərdən VİDEO

Azərbaycanın “Stalinqrad”ı mətinliklə müdafiə olunur – Tərtərdən VİDEO

Gecə saatlarından etibarən Ermənistan ordusu humanitar atəşkəs rejimini kobud şəkildə pozub. Tərtərdə na baş verdiyini videomuzda izləyin.

Tərtərin İsmayılbəyli kəndi gecə saatlarından başlayaraq Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulub. 10-dan çox evə ziyan dəyib.

Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri heç nədən qorxmadıqlarını və orduya güvənərək kənddə qaldıqlarını bildiriblər.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Mənbə: sputnik.az