Almaniya azərbaycanlıları ayağa qalxdılar - FOTO

Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq aksiya təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, aksiya iştirakçıları Pariser Platz meydanından Brandenburq qapılarına yürüş ediblər. Çıxış edənlər işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhalisinə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Aksiyada dünya ictimaiyyətindən Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktlarına biganə qalmamaq və təcavüzkar dövlətin törətdiyi terror və soyqırımı aktlarına görə cəzalandırılmaları tələb edilib.

İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Azərbaycan sülh istəyir!", "Gəncə cəbhə bölgəsi deyil!", "Mülki insanlar toxunulmazdır!", "Biz terrora yox deyirik!", "Erməni terrorçuluğuna son qoyun!", "Uşaq ölümünə son qoyun!" kimi şüarlar səsləndiriblər.

Fransa, İtaliya, İrlandiya və bir sıra başqa ölkələrin bayraqlarının dalğalandığı tədbirdə bu ölkədəki Azərbaycan icması ilə yanaşı türk, Ukrayna, yəhudi icmalarının nümayəndələri və digərləri iştirak edib. Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bayden sentyabr ayında Trampdan daha çox ianə toplayıb

SONRAKI XƏBƏR

Viruslardan qorunmağın yolu: Sodalı su ilə qarqara, D və C vitaminləri qəbul etmək...