Bayden sentyabr ayında Trampdan daha çox ianə toplayıb

Bayden sentyabr ayında Trampdan daha çox ianə toplayıb

Demokrat Co Bayden sentyabr ayında Prezident Donald Trampdan daha çox ianə toplayıb. Prezident seçki gününə həftələr qala bir vaxt kampaniya maliyyəsi baxımından rəqibindən geridə qalır.

Trampın kampaniyası Respublikaçıların Milli Komitəsi və əlaqədar qruplarla birlikdə sentyabr ayında 247.8 milyon dollar ianə toplayıb. Bayden və Demokratların Milli Komitəsi isə eyni dövrdə 383 milyon dollar toplayıb.

Trampın seçki kampaniyasının kommunikasiya direktoru Tim Mörto Twitter hesabında bildirib ki, sentyabrın sonunda Trampın kampaniyasının əlində 251.4 milyon dollar olub, Baydendə isə 432 milyon dollar.

Trampın maddi dəstək baxımdan geri qalması çox rast gəlməyən bir haldır, çünki ənənəvi olaraq prezidentlər rəqiblərin daha çox pul toplayırlar. Bu hal həmçinin onun yenidən seçkilmək şansına risk yaradır.

Reklamları izləyən Kantar/CMAG şirkətinin bildirdiyinə görə, Trampın kampaniyası televiziya və onlayn məkanda reklamlara çox pul xərcləsə də, ötən həftə Bayden reklamlara Tramp kampaniyasından 10 milyon dollar daha çox pul xərcləyib.

Baydenə ianələr Ali Məhkəmə hakimi Rut Beyder Ginsburqun ölümünündən sonra və Trampın ilk debatda geniş şəkildə tənqid olunan çıxışından sonra artıb.

Mənbə: www.amerikaninsesi.org