“Döyüşə Qarabağ erməniləri getsin” - Erməni əsgərləri arasında dava düşdü...

Dağlıq Qarabağda Azərbaycan Ordusu qarşısında çoxsaylı itkilər verən düşmən ordusunun əsgərləri arasında dava düşüb.

Moderator.az xəbər verir ki, cəbhə bölgəsində iki əsgərin əlbəyaxa dava etməsinin görüntüləri yayılıb. Dağlıq Qarabağ bölgəsində bir çox rayona nəzarəti əldən verən Ermənistan ordusunda etiraz və davalar baş qaldırmağa başlayıb. Cəbhədə məğlubiyyətə uğrmaları isə əsgərləri əməlli-başlı dilə gətirib. Əsgərlərdən biri, “niyə bizi cəbhəyə göndərirsiniz?- deyə soruşanda digər əsgər cavabında, “it kimi öləcəksiniz”-deyə ona cavab verib.

Erməni əsgərləri arasındakı davanın dialoqunu təqdim edirik:

- Bu necə qaydadır. Hər kəs döyüşə gedir, sən burda nə edirsən? Bura niyə gəldin? Əylənməyəmi?

- Niyə söyüş söyürsən? Bir dəqiqə dayan. Nə demək istəyirsən, amma söyüş söymə. Yoxsa, cavabını artıqlamasıyla alacaqsan.

- Məni təhdid edirsən. Tez düzülün. Hər kəs yerinə keçsin. Əks halda...

- Niyə bizi cəbhə bölgəsinə göndərirsiniz, biz könüllüyük. Sizin için yem deyilik.

- Həddini bil. Qərargahda oturub avara-avara bir yerinizi isidirsiniz. Hara əmr verirəmsə, ora da gedəcəksən.

- Yerevanlı olanda nə fərq edir? İndi gəlib burda bizimlə dava edir.

- Vay, sən kimsən?

- Bura gəl, onsuz da it kimi öləcəksiniz.

- Elədirsə, cəbhə xəttinə getməyəcəyik. Qarabağ erməniləri getsin döyüşsün.

 

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Əsgərlərimiz işğaldan azad edilən torpaqlarımızda “şükür” namazı qıldılar...

SONRAKI XƏBƏR

Dieqo Simeone La Liqada 200 qələbə səddinə çatan 10-cu məşqçi olub