Elmira Axundova "Ukrayna24" telekanalında Gəncə hadisələri haqda danışıb

Gəncə şəhərinin raket atəşinə tutulması Ukrayna mətbuatında geniş yayımlanıb.

Azərbaycan Respublikasının Ulraynadakı Səfirliyindən REAL-ın Ukrayna Bürosuna verilən məlumata görə, Gəncədə baş verənlər haqda məlumat, foto və video görüntülərlə birlikdə, Ukraynanın bütün informasiya agentliklərinə və televiziya kanallarına təqdim olunub.

Ukraynanın bütün Kütləvi İnformasiya Vasitələri Gəncə şəhərinin gecə saatlarında Ermənistan tərəfindən raket atəşinə tutlması barədə dolğun məlumat yayıb.

Azərbaycan Respublikasının Ukraynada fövqaladə və səlahiyyətli səfiri Elmira Axundova "Ukrayna24" telekanalında canlı olaraq çıxış edərək, Gəncə hadisələri haqda danışıb və Ermənistanın terror əməlləri barədə Ukrayna ictimayətinə məlumat verib.

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, artıq Ukraynanın bütün müvafiq dövlət orqanlarına və Beynəlxalq təşkilatların Ukrayna ofislərinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin verdiyi bəyənat və Gəncə faciəsini əks etdirən foto və video görüntülər təqdim olunub

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Dieqo Simeone La Liqada 200 qələbə səddinə çatan 10-cu məşqçi olub

SONRAKI XƏBƏR

Hipofiz şişləri nədir və ən çox nədən yaranır?