Humanitar atəşkəs qətiyyən sülh demək deyil - VİDEO

Humanitar atəşkəs qətiyyən sülh demək deyil - VİDEO

Humanitar atəşkəs qətiyyən sülh demək deyil. Azərbaycan ordusu işğaldakı torpaqlarını son qarışına qədər azad edəcək. Bu həm Ali Baş Komandanın qarşıya qoyduğu əsas hədəfdir, həm də xalqımızın çatmalı olduğu ən ali hüququdur. Prezident İlham Əliyev xüsusilə bəyan edib ki, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik.

Ali Baş Komandanın "Şuşa azad edilməsə, işimiz yarımçıq qalar" mesajı onu gösətirir ki, müharibə hələ bitməyib və işğaltındakı torpaqlar son qarışına qədər azad ediləcək.

Hərbi ekspert Ruslan İmamquliyev deyir ki, bu, özünü ordumuzun və xalqımızın yüksək döyüş əhval-ruhiyyəsində göstərir. Ekspert deyir ki, silahlı qüvvələrimizin apardığı uğurlu əks-hücum əməliyyatları və cəbhədən gələn qələbə xəbərləri milli ruhu hər gün daha da atırır. Çünki, cinayətkar düşməndən fərqli olaraq biz vətən müharibəsi aparırıq. Odur ki, Ermənistanın humanitar atəşkəsi kobud şəkildə pozması xalqımızın mübarizə əzmini qıra bilməz.

Prezident İlham Əliyev xüsusilə bəyan edib ki, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Ruslan İmamquliyev deyir ki, indiyə qədər azad edilən ərazilər xüsusi strateji əhəmiyyət kəsb edir və bu da gələcək döyüşlərdə Azərbaycan ordusu üçün əlavə üstünlük qazandırır.

Ruslan İmamquliyev deyir, düşmən yaxşı bilir ki, Azərbaycan ordusu öz tarixi torpaqlarını təcavüzkarlardan təmizləyəcək. Odur ki, Ermənistan ordusunun son çırpınışlarının heç bir mənası yoxdur.(xezerxeber)


Sonxeber.az
 

Mənbə: sonxeber.az