Yatan erməni körpələri öldürüldümü? - Əhməd Hakandan Paylana dərs

Azərbaycan ordusuna müqavimət göstərə bilməyən Ermənistan mülki yaşayış məntəqələrini bombalayır və günahsız mülki şəxsləri öldürməkdən belə çəkinmir. Beynəlxalq ictimaiyyət insanlığa qarşı Ermənistanın hücumuna səssiz qalır. Türkiyədəki HDP partiyasının erməni deputatı Qaro Paylan Ermənistanı müdafiə etməyə çalışıb.

Teleqraf.com xəbər verir ki, Paylan hər iki tərəfi sülhə çağırıb.

Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Əhməd Hakan Paylanın açıqlamalarına sərt reaksiya verib. Azərbaycanın mülki şəxslərə qarşı heç bir hücum həyata keçirmədiyini və bu iddia üçün heç bir sənəd və sübutun olmadığını vurğulayan Hakan Qaro Paylanın Ermənistanın uşaq ölümünü adi bir hadisə kimi qələmə verdiyini deyib.

Əhməd Hakan Paylanın əsassız açıqlamalarına cavab olaraq məqalə yazıb. Həmin məqaləni təqdim edirik:

“Cənab Qaro Paylan ...

Ermənistan körpələri qətlə yetirəndə HDP-nin millət vəkili olaraq dediniz ki, Qarabağdakı müharibə zamanı hər iki tərəf mülki yaşayış məntəqələrinə hücumlar təşkil edir. Daha sonra Azərbaycan və Ermənistanın Silahlı Qüvvələrini mülkini yaşayış məntəqələrinə hücumları dərhal dayandırmağa çağırdınız.

Cənab Qaro Paylan, Ermənistanın müharibə xəttindən uzaq olan Gəncə şəhərində körpələri qətlə yetirdiyi gecənin səhəri vicdanlı bir siyasətçinin açıqlaması beləmi olmalıdır? Siz açıqlamanızda "hər iki tərəf də" ifadəsini işlədərək, Ermənistanın uşaq qatili olmasını yüngülləşdirməyə çalışırsınız? “Hər iki tərəf də" nə deməkdir?

Xahiş edirəm, Qaro Paylan, mənə deyin, Azərbaycan Ermənistanın şəhərlərinə raket atdımı? Azərbaycan yatan erməni körpələrini öldürdümü? Belə bir vəziyyət baş verdimi? Nümunə varmı? Hansısa erməni şəhərinə Azərbaycandan təsadüfi raket atılıb?

Azərbaycanlı körpələrin qətlinin səhəri Ermənistanla Azərbaycanı müqayisə edirsiniz... Bu, Ermənistanın uşaq qatili olmasını ört-basdır etmək demək deyilmi?

Qaro Paylan, bunu niyə edirsiniz? Niyə dürüst, vicdanlı, ədalətli siyasətçi kimi davranmırsınız? Siz "Paşinyan rəhbərliyinin döyüş meydanı belə olmayan kəndə raket atmasını və körpələri öldürməsini qınayıram" demirsiniz, deyə bilmirsiniz?

Əlbəttə ki, müharibənin bitməsini, sülhün təmin olunmasını istəyirik. Əlbəttə, qan tökülməməlidir. Buna kim etiraz edə bilər? Ancaq baş verən bu hadisədə sülhdən söhbət getmir. Baş verən hadisədə diqqətlərin yönəldiyi yer budur: Müharibənin də qanunları var, lakin Ermənistan, təəssüf ki, bu qanunu pozur. Necə ki, Birləşmiş Millətlər Təşkilatının qətnamələrini pozur...

Ermənistan insanlığa qarşı cinayət törədir! Paşinyanın etdikləri Ratko Mladiçin, Radovan Karaciçin etdiklərindən fərqlənmir. Ədalətin etibarlı olduğu bir dünyada yaşamış olsaydıq, Paşinyan Laheydə mühakimə olunmalıydı. Fəqət dünya baş verənlərə qarşı kar, kor, dilsizdir. Dünyanın kar, kor və susduğu bir zamanda vicdanlı siyasətçi kimi tanıdığımız sizdən gələn bu cür yanaşmalar hamımızı çox kədərləndirdi. Körpə qatillərini doğru-düzgün qınaya bilməmək sizə heç yaraşmır".

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Xalqın yenilməz lideri olduğunuz üçün - İstanbuldan Uğur Ceylan Prezident Əliyevə müraciət etdi...

SONRAKI XƏBƏR

“Makronla İlham Əliyev sıx təmasdadır” - Fransalı səfir