İsa Qəmbər Elçibəyi yada saldı: “Ruhun şad olacaq, Bəy”

İsa Qəmbər Elçibəyi yada saldı: “Ruhun şad olacaq, Bəy”

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Azərbaycan Ordusunun Xüdafərini azad etməsindən yazıb.

Cebhe.info-nun məlumatına görə, İsa Qəmbər qeyd edib ki, müstəqillik gününün ən sevincli xəbərlərindən biri də Xudafərin körpüsündə artıq Azərbaycan bayrağının dalğalanmasıdır:

“Qəhrəman ordumuzun bu uğuru həm hərbi, həm geopolitik, həm də mənəvi önəm daşıyır. Bu gözəl hadisə 1991-ci ilin oktyabr ayında unudulmaz liderimiz Əbülfəz Elçibəylə birgə Cəbrayıl səfərimizi və Xudafərin ziyarətimizi xatırlatdı. Ruhun şad olacaq, Bəy!”

Vilayət Muxtar
Cebhe.info

 

Mənbə: cebhe.info