Mustafa Şentop spikerə təşəkkür etdi

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop azərbaycanlı həmkarı Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya yemək dəvəti üçün təşəkkür edib.

Cebhe.info-nun məlumatına görə, M. Şentop Azərbaycanın Müstəqillik Günündə Sahibə Qafarovanın dəvətini qəbul edərək birgə yemək yediklərini bildirib.

“Can və qardaş ölkə Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarovanın axşam yeməyi dəvətində iştirak etdik. Azərbaycanın müstəqilliyinə qovuşduğu bu xoşbəxt gündə kübar dəvəti üçün Sahibə Qafarovaya təşəkkür edirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Tək millət, iki dövlət”- o, qeyd edib.

Əli Bədir
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın rəqibi La Liqanın lideri oldu

SONRAKI XƏBƏR

Strasburqda Azərbaycana dəstək aksiyası keçirilib (FOTO)